İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində Azərbaycanın milli stendinə ziyarətçilər və rəsmilər böyük maraq göstərirlər.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, sərgi iştirakçıları Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi müasir silah sistemləri, texnoloji həllər və hərbi təyinatlı məhsullarla yaxından tanış olurlar.

Azərbaycan stendində yerli müdafiə sənayesi müəssisələrinin istehsalı olan müxtəlif növ avadanlıqlar, pilotsuz sistemlər, optik qurğular və digər innovativ məhsullar nümayiş etdirilir.

Xarici nümayəndə heyətləri və beynəlxalq şirkət təmsilçiləri təqdim olunan məhsullara xüsusi maraq göstərərək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparırlar.