Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ-də “Dow Jones” indeksi 1,24% və ya 612,34 bənd artaraq 49 910,59 bəndə, “S&P 500” indeksi 1,46% və ya 105,90 bənd yüksələrək 7 365,12 bəndə, “Nasdaq Composite” indeksi isə 2,02% və ya 512,81 bənd artaraq 25 838,94 bəndə çatıb.
“NYSE Composite” indeksi 1,20%, Kanada üzrə “S&P/TSX Composite” indeksi isə 1,24% artıb.
Avropada “Euro Stoxx 50” indeksi 2,68% artaraq 6 027,13 bənd, Böyük Britaniyanın “FTSE 100” indeksi 2,15% yüksələrək 10 438,66 bənd, Almaniyanın “DAX” indeksi 2,12% artaraq 24 918,69 bənd, Fransanın “CAC 40” indeksi isə 2,94% yüksələrək 8 299,42 bənd olub. İspaniyanın “IBEX 35” indeksi də 2,47% artıb.
Asiya bazarlarında Yaponiyanın “Nikkei 225” indeksi 5,62% və ya 3 344,38 bənd yüksələrək 62 857,50 bəndə çatıb.
“TOPIX” indeksi 3,12%, Honq Konqun “Hang Seng” indeksi 1,56%, Çinin “CSI 300” indeksi 0,19%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,74% artıb. Bununla yanaşı, “MSCI AC Asia Pacific” indeksi 0,21% azalıb.
Analitiklərə görə, bazarlarda artıma əsasən Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər, neft qiymətlərinin enməsi, eləcə də AMD-nin güclü proqnozundan sonra süni intellekt və yarımkeçirici şirkətlərinə tələbin artması təsir edib. ABŞ şirkətlərinin güclü maliyyə nəticələri də investor əhvalını dəstəkləyib.
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub. “APA-Economics” xəbər verir ki, ABŞ-də “Dow Jones” indeksi 1,24% və ya 612,34 bənd artaraq 49 910,59 bəndə, “S&P 500” indeksi 1,46% və ya 105,90 bənd yüksələrək 7 365,12 bəndə, &ldquo
Bu məqalə APA mənbəyindən toplanmışdır. DayOff News başlıq və qısa xülasəni sizə çatdırır. Tam məqaləni oxumaq üçün aşağıdakı linkə klikləyin.
Tam məqaləni oxu → APA