Rumıniyanın Konstansa limanının sahil zonasında içərisində partlayıcı maddələrin olduğu daha dörd qayıq aşkar edilib.
"Report"un məlumatına görə, bu barədə "Digi24" portalı xəbər verir.
Konstansa limanı dəniz dronunun partlaması barədə məlumatla əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.
12:44
Konstantsa (Rumıniya) limanında dəniz dronu partlayıb.
"Report" xəbər verir ki, bu barədə "Digi24" portalı Rumıniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
"İyunun 5-də Konstansanın mülki limanında, Rumıniya Dənizdə Xilasetmə Agentliyinin mənzil-qərargahı yaxınlığında aşkar edilən dəniz dronu partlayıb", - məlumatda bildirilib.
Ərazi Rumıniya kəşfiyyat xidməti, sahil mühafizəsi və Milli Müdafiə Nazirliyinin qüvvələri tərəfindən mühasirəyə alınıb. Obyekt isə həmin vaxt qiymətləndirmə və onun təhlükəsizliyinin təmin edilməsi prosesində olub.