ABŞ və İran arasında İslamabadda (Pakistan) danışıqlar bir gün davam edəcək."Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.Agentlik həmçinin, ABŞ KİV-lərinin danışıqların bir neçə gün davam edə biləcəyi barədə məlumatını təkzib edib."Hazırda danışıqların bir gün davam etməsi planlaşdırılır", - "Tasnim" qeyd edib.Eyni zamanda, "Al-Khadath" telekanalı bildirib ki, ABŞ-İran danışıqları Pakistan vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlayacaq.Danışıqların keçirilməsindən əvvəl İran nümayəndə heyəti yerli vaxtla saat 13:00-dan (Bakı vaxtı ilə 12:00) sonra Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək.