Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin I rübündə 98,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 36 min şəxs münasib işlərlə təmin olunub, 228 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib: "3,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 58,5 min şəxsə peşəyönümü xidmətlər göstərilib".