Kriptovalyuta bazarında əsas aktivlərdə nisbi eniş müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap”də “Bitcoin”in qiyməti son 24 saatda 0,68% azalaraq 80 937 dollara, “Ethereum”un qiyməti isə 2,04% azalaraq 2 326 dollara enib.
Digər əsas kriptovalyutalardan BNB-nin qiyməti 1,31% artaraq 643 dollara yüksəlib. Qızıla indekslənmiş “Tether Gold” 1,13% bahalaşaraq 4 683 dollara, “PAX Gold” isə 1,06% artaraq 4 683 dollara yüksəlib.
Eyni zamanda, “Zcash”ın qiyməti 1,89% artaraq 534 dollara, “Monero”nun qiyməti 0,39% artaraq 408 dollara, “Bittensor”un qiyməti isə 7,12% artaraq 307 dollara çatıb.
Bazarın ümumi kapitallaşması son 24 saatda 0,59% azalaraq 2,68 trilyon dollara düşüb.
Analitiklərə görə, bazardakı enişə baxmayaraq, investorların diqqəti ABŞ-də kriptovalyuta tənzimlənməsi ilə bağlı yeni təşəbbüslərə və qızıl qiymətlərindəki artım fonunda alternativ aktivlərə yönəlməyə davam edir.
"Bitcoin"in qiyməti 81 min dollardan aşağı enib
Kriptovalyuta bazarında əsas aktivlərdə nisbi eniş müşahidə olunub. “APA-Economics” xəbər verir ki, “CoinMarketCap”də “Bitcoin”in qiyməti son 24 saatda 0,68% azalaraq 80 937 dollara, “Ethereum”un qiyməti isə 2,04% azalaraq 2 326 dollara enib.
Bu məqalə APA mənbəyindən toplanmışdır. DayOff News başlıq və qısa xülasəni sizə çatdırır. Tam məqaləni oxumaq üçün aşağıdakı linkə klikləyin.
Tam məqaləni oxu → APA