Almaniyada getdikcə daha çox vətəndaş kansler Fridrix Mertsin fəaliyyətindən narazıdır.

"Report" xəbər verir ki, bu, "Bild" qəzetinin sifarişi ilə INSA tərəfindən keçirilmiş növbəti sorğunun məlumatlarından aydın olur.

Nəticələrə görə, sorğuda iştirak edənlərin yalnız 15 %-i Mertsin fəaliyyətini bəyənir. Aprel ayının sonu ilə müqayisədə bu göstərici 4 faiz bəndi (f.b.) azalaraq antirekord qırıb. Eyni zamanda, 77 % (üstəgəl 6 f.b.) kanslerdən narazıdır, daha 8 % isə cavab verməkdə qərarsız qalıb.

Merts hökumətinin işindən respondentlərin yalnız 16 %-i razıdır, 78 %-i isə onu mənfi qiymətləndirir.

Həmçinin INSA-nın məlumatına görə, Xristian Demokratik və Xristian Sosial İttifaqları (XDP/XSİ) blokunun reytinqi 21 %-ə düşüb. "Almaniya üçün Alternativ"dən (AfD) geriləmə artıq 8 faiz bəndi təşkil edir.

Qeyd olunur ki, XDP/XSİ üçün bu, 2021-ci ilin sonundan bəri ən pis göstəricidir. Kansler Fridrix Mertsin (XDP sədri) dövründə mühafizəkar bloka dəstək səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb.

Respondentlərin 29 %-i AfD-yə səs verməyə hazırdır.

İyunun əvvəlində keçirilən sorğularda təxminən 2300 nəfər iştirak edib.