© APA | Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları
“Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.
Bunu APA-nın Rusiya bürosuna Azov dənizində dronun vurduğu gəminin Azərbaycan vətəndaşı olan bosmanı Rəşad Mədətxanov bildirib.
Xəsarət alan digər həmyerlimiz Samid İbadlı onlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu deyib: “Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkir”.
Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib: “Həmvətənlilərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.
Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.
Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib. O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını söyləyib. Vurğulayıb ki, Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin nəzarəti altındadır.
Yaralı Azərbaycan vətəndaşları da APA-nın Rusiya bürosuna açıqlamalarında vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər. Onlar Yeyskdəki Azərbaycan diasporu və Azərbaycan Rusiyadakı Səfirliyinin əməkdaşlarının onları ziyarət etdiyini, ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.
Azərbaycan vətəndaşlarının gələn həftənin birinci günü xəstəxanadan buraxılacağı bildirilib. Qeyd olunub ki, onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib-red.) xəstəxanadan buraxılma prosesi bir müddət uzanacaq.
Qeyd olunub ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunması üzərində işləyir.
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Audio 6 iyun 2026 Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib Audio 6 iyun 2026 Leninqrad vilayəti üzərində 140-dan çox Ukrayna dronu vurulub Tramp: Tayvana ayrılmış 14 milyard dollarlıq silah paketinin taleyi hələ müəyyənləşməyib Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir Slovakiya Ukraynaya verilən yardıma görə Aİ-dən kompensasiya tələb etmək niyyətindədir “Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq Audio 6 iyun 2026 CNN: ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılan İran PUA-larını vurub Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.