Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.
"Report"un məlumatına görə, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.